Rusiya Federasiyası Dövlət Dumasının «Vahid Rusiya» partiyasından olan deputatı Sultan Həmzəyev internet-şərhçilərin fikrini dəstəkləyib. Şərhçilər referendum keçirilməsini və guya Qazaxıstan Respublikasının Rusiyanın tərkibinə birləşdirilməsini təklif edirlər.
«Mərkəzi Asiya - bu, rus torpağıdır! Şəbəkələrdə Qazaxıstanın Rusiyaya mümkün birləşdirilməsi müzakirə olunur. Şəxsən mənim mövqeyim, Rusiya Federasiyasının vətəndaşı kimi, siyasətdən və vəzifədən asılı olmayaraq, referendum keçirilməsini və Qazaxıstanın tarixi vətənlə - Rusiya ilə birləşməsini dəstəkləyirəm. Qeyd edirəm ki, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev özünün bütün bəyanatlarını rus dilində verir. Hesab edirəm ki, bu, əsl demokratiyanın yaxşı təcəssümü olacaq» - Həmzəyev Feysbukda yazıb.
O, həm də Qazaxıstana KTMT-nın sülhməramlı qüvvələrinin yeridilməsini dəstəkləyib.
Həmzəyev hesab edir ki, proseslərin təşəbbüsü Qərb ölkələrindən gəlir. "Qazaxıstan hakimiyyəti bütün güzəştlərə getdi. Qazın qiymətini aşağı saldı, hökuməti istefaya göndərdi. Amma hər şey adi vandalizmlə və quldurluqla başa çatdı! Etirazların məqsədinin özü - qazın qiyməti deyildi. Çevriliş - bax, Qərb nəyə nail oldu. Xalqı səs-küylü şüarlar altında aldadaraq, küçələrə çıxartdılar…"
AzPolitika.info


Şərhlər
Rasimin qohumudu ,,,
AY ŞƏRƏFSİZ RUS XALQINA NƏ GÜN AĞLAMISAN Kİ,QAZAX XALQINA NƏ EDƏCƏKSƏN.
Rusadan daha çox rus olanları və ya nəfsinə görə şeytanı dost edənləri görəndə " Onlar cəhənnəmin odunları olacaqlar " i yada salmaq lazımdır.
Bu deputatın adına və familyasına lənət olsun!Bizim deputatik Rasim Musabəyova oxşayır.
RF Dövlət Dumasının deputatı Sultan Həmzəyevə məsləhət görərdim ki, boş-boş danışmaqdansa, hərdən tarixi öyrənərdi. Manqurt, heyif o ada və soyada ki, o daşıyır. Ona ayıb olsun.
Sen ôlesen !!!!!!