“TOKAYEVİ ƏVVƏL-AXIR ƏLƏ KEÇİRİB ASACAQLAR” – “Ölkəni faktiki işğal edib hərbi bazalarını yerləşdirmək istəyirlər”

“Böyük ehtimalla, Prezident Tokayev balaca bir regionda baş verən etiraz mitinqlərinin inkişaf edəcəyini bilirmiş. Tələsik hökuməti istefaya göndərdi və qorxaqlıq əlaməti olaraq "məni heç kim yerimdən tərpədə bilməz" dedi. Əvvəldən o rus qoşunlarını Qazaxıstana çağıracağını və bu qoşunların sərhəddə gözlədiyini, bir neçə saata Qazaxıstana daxil olacağını bilirdi".

"AzPolitika.info" xəbər verir ki, bunları eks-spiker Rəsul Quliyev Qazaxıstanda baş verən hadisələrə münasibət bildirərkən deyib.

O, xatırladır ki, ÜDM, orta aylıq əmək haqqına görə Qazaxıstan keçmiş sovet respublikaları arasında yuxarı pillədə dayanır. "Bəs, nə üçün qazın qiymətinin qaldırılmasına görə camaatın küçələrə çıxması cəmi 2 gün ərzində siyasi müstəviyə keçib”, - keçmiş spiker sual edir.

R.Quliyev əlavə edir ki, əvvəlcə Nazarbayevin siyasi səhnəni tərk etməsi, ardınca Prezidentin istefası tələbi irəli sürülüb. "İlk növbədə onu deyim ki, Qazaxıstanın Prezidenti Tokayev bütün parametrləri ilə prezidentliyə layiq deyildi. Onun ən böyük vəzifəsi Qazaxıstanın Rusiyada səfiri ola bilərdi. Nazarbayev onu ailəyə sadiqliyinə görə hakimiyyətə gətirdi. Ancaq o nə Nazarbayevi, nə də onun ailəsini qoruyub saxlaya bilmədi. İndi özünü saxlamaq naminə xalqını qırmağa hazırlaşır". 

Rəsul Quliyev vurğulayıb ki, rusların Qazaxıstanda yerləşməsi Tokayevə cəsarət verib. Eks-spiker daha sonra Prezidentin səhvlərini sadalayıb: 

"1. İlk növbədə tələsik hökuməti istefaya göndərmək səhv idi. Prezident özünün sədri olduğu komissiya yaratmalı və 5 gün analiz edəndən sonra hansı qərara gəldiyini elan etməli idi. 

2. Tokayev qazın qiymətini ancaq etiraz baş verən regionda aşağı saldı, nəticədə qərarın sabahı bütün Qazaxıstan ayağa qalxdı. Məgər, ağlı olan adam belə bir iş görərmi?!

3. Tokayev öz xalqına qazax dilində yox, rus dilində müraciət etdi. Mən qazaxlarla çox yaxşı tanışam. Bu ölkədə də Ukraynanın qərbində olduğu kimi qatı millətçilər var. Xatırladım ki, psevdoağıllı Putin “ümumiyyətlə Qazaxıstanda heç vaxt dövlət olmayıb” bəyanatını verəndə Qazaxıstan ziyalılarının cavabları ona və ruslara qarşı nifrətlə dolu idi. Qazaxıstanın 21 milyonluq əhalisinin 16 miliyonu qazaxdır, cənab Prezident!".

4. Tokayev Rusiya qoşunlarını Qazaxıstana çağırdı. Rusiyanın "sülhməramlı" adlandırdığı hərbi qüvvələr əslində Prezidenti qorumaq üçündür. Ölkəni faktiki işğal edib hərbi bazalarını Özbəkistan və Türkmənistanla sərhəddə yerləşdirmək məqsədi daşıyır".

Rəsul Quliyev bildirir ki, Qazaxıstanda iki hakimiyyət mövcud idi, bir çoxları Tokayevə tabe olmurdu, onu adam yerinə qoymurdular: "Xaraktercə zəif olan Tokayev "təki postuma dəyməsinlər, nə istəyirlər etsinlər" mövqeyini tutdu. Bu da axırı. Tokayev camaatın içinə çıxmır, rayonlara getmir, camaatla ürəkdən söhbət etmir. Camaat bu adamı televizordan və rus dilində danışması ilə tanıyır. Nəticədə Nazarbayev və ailəsi Qazaxıstandan qaçdı. Tokayevi isə əvvəl-axır ələ keçirib asacaqlar”.

"AzPolitika.info"

635x100

Şərhlər

Eli 2022-01-10 13:36:30

Ayaz hakimiyyete gelenden sonra da onu elinde saxlaya bilmedi bilirsiniz niye?Ona höre ki o Xalqa Millete yox. Qorbaçov ve onun kimi ABŞ-a satılmışlara arxayın oldu ve neticesini de gördü.Ancaq “küçeden gelmiş”Milletin Böyük oğlu Elçibey kommunistleri o cümleden hakşmşyywtde okan rehberleri qebul etmesede Suret Hüseynov üsyan efib hakimiyyet dzvadi edende o Kişi kimi Azerbaycan dağılmasın,vetendaş müharibesi baş vermesin deye gakimşyyetden uzaqlaşdı.

Eli 2022-01-10 13:27:26

Eliye cavab yazan “Sual” müellime.Hörmetli müellim Sizin “Küçe uşaqları” adlandıdığınız Şexsler 19-20 Yanvar hadiselerinde öz vetendaşının üzerine tankla topla gelen Faşist SSRİ Ordusunun qabağına silahsız çıxıb Azerbaycanın Müsteqilliyi uğrunda Şehid olanda Veziriov qorxaq biri kimi rusun herbi teyyaresinde qaçaeaq özünü birteher Qorbaçıvun qucağına aranda.Mütellşbıv da sevine sevine evinde limonlu çay içib hakimeyyete gelmek sevincini yaşayırdı.

Həsən 2022-01-10 12:42:50

Sənin özün onlardan betər .... Niyə qaçıb getmisən? Vətənə dönməyə icazə almaq üçün min cür məddahlıq edirsən. ......idin ölkədə qalardım, niyə qaçırdın? "Politoloq" olub mənimçün.. Sənin proqnozların təpənə dəysin ki, bircəcəyi də düz çıxmır. Utanmasan oynamaga nə var...

sual 2022-01-09 19:52:16

Eli adlı yazara: Ayaz Mütəllibov Türkiyəyə getsəydi hakimiyyətə gəlmiş küçə uşaqlarının neçənci tələbindən sonra Türkiyə onu Azərbaycana qaytarardı, 2-ci ya 3-cü??? Təmamilə doğrudur, 1-ci tələbindən sonra!!! İskədər Həmidov, rəhmətlik, xüsusi təyinatlı dəstə göndərmişdi Moskvaya, 1-ci Prezidentimizin gizli olaraq ölkəyə gətirilməsi və mühakiməsi üçün...döyülüb geri qaytarıldılar....küçədən hakimiyyətə gələnlərdən bundan artıq nə ağıl gözləyəsən??? Siyasətdən, ələlxüsus dünya siyasətindən belə səviyyədə mülahizə bir qayda olaraq bağda-bağçada oturan pensiyaçılar meylli olur...)))))))

Eli 2022-01-09 17:30:58

Yap üzvü-qaraguruh müellim Siz heç vaxt rehmetlik Elçibryi kiminlede mğqayise etmeyin.Elçibey Böyük Vetendaş ve Kişi adam idi o vaxtında düz addım atdı.Onun qiymetini Millet ve Türk dünyası verib ve verecek .O ki qaldı Ayaz Mütellibov ve ya Vezirov onlar Sizce hansı ölkeye qaçıb kimlere sığındı. Ayaz Türkiyyeye qaça bilerdi ancaq o Rusiyaya üstünşük verdi,Sizce niye?Eger o ve Vezirıv bu milletden oksa idiker Rusa direniş gösterib 20 yanvar faciesinin qarşısını ala bikerdiler.Ne ise.Ancaq beyenmediyimiz Tokayev bu gün pis tacşı ölkedindedir ve hele ki,geç yere qaçmayıb bacmayaraq ki o Rusiyanın kadrıdır.

Oxucu. 2022-01-09 13:16:35

İstəmirdim şərh yazım amma bu şərhləri oxuyanda buna məcbur oldum,niyə anlamırıq,niyə özümüzü aldadırıq,artıq xalqın əli ilə hakimiyətin dəyişilməsinə bütün dünyadə son qoyulub,ukrainada rus krıma görə həmin şəraiti yaratdı,gecdir artıq heç bir hakimiyət xalqın tələbi ilə dəyişə bilməz.

korrektor 2022-01-08 21:32:57

məncə tokayev öz xalqının düşmənidir, o xalqını satıb. Qazax xalqı onu mütləq öz cəzasına çatdıracaq!

yap üzvü-qaragürüh 2022-01-08 20:16:46

Rəsul m yaşının bu vaxtında heç olmasa ELÇİBƏYİN böyüklülüyünü etiraf et --o bəzi yaltaqlar parlametdə deyire dovşan kimi qaşdı --bax budur dahilik millətini qırmaqdan imtina etdi--məncə Ayaz da hörmətə layiqdir-ELÇİBƏY ALLAH CC sənə rəhmət etsin--sən tokayev olmadın

Eli 2022-01-08 16:35:23

Men başa düşmürem,niye bu dövlet başçıları siyasiler hemişe ağıllı,savadlı,dövleti ve milleti idare etmek qüdretinde olan,xalqı be Beteni üçün canından keçmeye hazır olan bir adamı yıx mehz bele Tokayev kimi besit,cılız adamları özlerinden sonra hakimiyyete getirirler?Cavab çox sadedir.zBınlar üçün Veten anlayışı onların ailesi,beşeriyyet ise onkarın tayfasıdır.zBu qeder besit.

Eli 2022-01-08 16:14:24

Bun ğün baş verenlere göre bütün xidmetlerine baxmayaraq ,Tokayevden qabaq Nazarbayev asılmaludır.Niye?Ona göre ki o bir ailesi ve tayfadına göre bele bir yaramazı ,rusun casusunu bilerekden özüne varis edib ve tupurub xalqa ve dövlete bu da onu 30 ilde qazandığı hörmetden mehrum etdi.Mence onun uçurulan heykelinin yerinde onu ve varisini asmaw lazımdır ki,sonradan gelenlere ibret olsun.

Oxucu. 2022-01-08 15:12:17

Söz vermişdin gələrəm gəlmədin,elə bil o,mahnını siz üçün bəstələyiblər.Siyasət sənlik deyil,özünü gülünc vəziyətinə qoyma.

miri 2022-01-08 14:58:27

Milli hakimiyyətin yıxıb Məmləkəti Tokayevdən də pis edən qiyamınızın əvəzi isə sizin ücün ondan da agır olacaq. İnşəallah.

Son yazılar