Millət vəkili Etibar Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birlikdə 44 günlük Vətən müharibəsində şəhid olmuş kapitan Elçin İsmayılovun 8 yaşı tamam olan oğlu Ömər İsmayılovun doğum günündə onun ailəsinə baş çəkib.
"AzPolitika.info" xəbər verir ki, deputat bu barədə "Facebok" səhifəsində paylaşım edib. "Yeni Günəşli qəsəbəsində əzizimiz Ömərin doğum günündə iştirak etdik. Şəhid ailələrinin övladlarının təhsilini diqqət mərkəzində saxlamalıyıq. Bu bizim mənəvi borcumuzdur", - E.Əliyev qeyd edib.
Millət vəkili həmçinin Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş Aydın Feyzullayevin Bülbülə qəbiristanlığında yerləşən məzarını ziyarət edib və şəhidin xatirəsinə ucaldılmış “Bulaq kompleksi”nin açılışına qatılıb.
"AzPolitika.info"








Şərhlər
Allah var eylesin nı insanları.Allah rehmet etsin bütün Şehidlerimize,onlar Veten uğrunda ,Dövlet be bizim hamımız uğrunda şehid olublar be bu aileler hemişe hem Dövletin ,hem de Milletin qayğusı ile ehate olunmsludır.
Etibar müəllim şəhid və qazi ailələrini tək qoymadığınız üçün sizlərə minnətdarıq. Yaxşı ki, sizin kimi deputatımız var. Seçiciniz olaraq sizdən çox razıyıq. Var olun.