OĞURLANAN 2 YAŞLI UŞAQ TAPILIB - Onu oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb (FOTO, VİDEO)

Bakıda 10 gün əvvəl oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun APA-ya verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dekabrın 29-da Sabunçu rayonu ərazisində iki yaşlı Məhəmməd Şıxəliyevin naməlum qadın tərəfindən oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma başlanıb və Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar