Azərbaycanda daha 8 nəfər koronavirusdan ölüb - Günün statistikası
Baxiş sayı:
Dərc olunub:
09/01/2022 - 16:24
Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) infeksiyasına 555 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 621 234 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 561 nəfər müalicə olunaraq sağalıb, 8 445 nəfər vəfat edib. 7 228 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 395, bu günə qədər isə ümumilikdə 5 943 023 test icra olunub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.