TOKAYEVDƏN "TERRORÇULARLA" BAĞLI DAHA BİR QEYRİ-CİDDİ İDDİA ... - "Gecələr morqlara hücum edib cəsədləri aparıblar”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəsinin təşəbbüsü ilə təşkil olunan onlayn sammitində çıxış edib. Çıxışında o,  etirazçıların hüquq-mühafizə orqanlarına qarşı qəddar rəftarından bəhs edib.

O, iddia edib ki, iğtişaşçılar polisləri xüsusi amansızlıqla döyüb, onlardan ikisinin başını kəsiblər.

O, həmçinin quldur adlandırdığı iğtişaşçıların gecələr morqlara hücum etdiklərini bildirib.

“Quldurlar gecələr morqlara hücum edib, ölən əlbirlərinin cəsədlərini götürüblər. Bu beynəlxalq terrorçuların təcrübəsidir, onlar bu yolla izlərini silmək istəyirdilər”, - deyə prezident qeyd edib.

Qazaxıstan prezidenti bəzi mənbələrin hakimiyyətin dinc etirazçılarla mübarizə apardığını söylədiyini bildirib.

“Bu tamamilə dezinformasiyadır. Biz heç vaxt dinc etirazçılara qarşı güc tətbiq etməmişik və etməyəcəyik”, - deyə o vurğulayıb.

Qazaxıstanda yaşanan hadisələri “Almatı faciəsi” adlandıran Tokayev yaxın vaxtlarda antiterror əməliyyatının və onunla birlikdə KTMT missiyasının başa çatacağını bildirib.

Qeyd edək ki,  Tokayev tvitter hesabından yaydığı ölkədə 20 min terrorçunun olması, altı xarici hücum dalğasının dəf edildiyi barədə açıqlamasını bir qədər əvvəl silib. İndi də  "terrorçuların" cəsədlərinin oğurlandığını iddia edir. Belə anlaşılır ki, Tokayev hakimiyyəti terrorçu defisiti ilə üzləşib. Ortaya "altı xarici hücum dalğası"nı təsvir edəcək sayda nə "terrorçu" tapa bilirlər, nə də cəsəd...

"AzPolitika.info"

635x100

Şərhlər

Amil 2022-01-10 17:19:11

Vəzirovun da bir tayı bu tokayevdir.

t.ədalət 2022-01-10 15:36:35

Ölü soymaq rusların dədə-baba adətidir.

Türk 2022-01-10 15:12:32

Yalançının evi yandı, heç kim inanmadı. ...

Son yazılar