Menu

"Qalatasaray" Fatih Terimlə yollarını ayırıb

10.01.2022, 15:08
"Qalatasaray" Fatih Terimlə yollarını ayırıb

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Hurriyet" qəzeti yayıb.

Qeyd edək ki, bu gün "Qalatasaray" klubunun prezidenti Burak Elmas baş məşqçi Fatih Terimlə görüşüb.

"Sarı-qırmızılar"ın İdarə Heyətinin də qatıldığı toplantıda komandanın ard-arda pis nəticələr göstərməsi müzakirə olunub.

69 yaşlı mütəxəssis "NEF Stadionu"nu tərk etdikdən sonra İdarə Heyətinin toplantısı başlayıb. İclasda Terimi istefaya göndərmək barədə qərar verilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol