Menu

Qazaxıstana yeridilən KTMT sülhməramlılarının sayı açıqlanıb

10.01.2022, 15:18
Qazaxıstana yeridilən KTMT sülhməramlılarının sayı açıqlanıb

Qazaxıstana yeridilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının sayı açıqlanıb.

“Report” “Qazaqparat”a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Kasım Jomərt Tokayev KTMT üzv ölkə liderlərinin videoformatda keçirilən toplantısında bildirib.

“İndiyədək Kollektiv Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq, KTMT sülhməramlılarının 2030 nəfər canlı qüvvəsi və 250 texnikası təyin olunmuş bölgələrdə yerləşdirilib”, – dövlət başçısı deyib.

O, KTMT sülhməramlı qüvvələrinin hava limanları, hərbi bazalar kimi strateji obyektləri mühfizə etmək, habelə təhlükəsizliyi təmin etmək vəzifələrini yerinə yetirdiklərini diqqətə çatdırıb.

Şərhlər

Vuqar Memmed.oglu 2022-01-10 15:37:49

2000 quvve nediki yalandan melunat yayirlar,rus ozu deyirki 70 An samolyotlari gece-gunduz,nece gundur hərbiçi daşıyırlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol