Menu

Ölkə əhalisinin 97 faizi aclıqla üzləşə bilər

10.01.2022, 15:47
Ölkə əhalisinin 97 faizi aclıqla üzləşə bilər

Beynəlxalq Xilasetmə Komitəsinin – BXK (IRC) son hesabatına görə, Əfqanıstandakı sağlamlıq mərkəzlərinin təxminən 90 faizi mövcud iqtisadi vəziyyətlə əlaqədar 2022-ci ilin sonuna qədər bağlana bilər.

“Khaama Press” BXK-nin hesabatına istinadən xəbər verir ki, mövcud iqtisadi və siyasi vəziyyət davam edərsə, milyonlarla əfqan səhiyyə xidmətlərindən məhrum olacaq və milyonlarla insan həyatını itirə bilər.

Əfqanistan xalqına qaranlıq gələcəklə bağlı xəbərdarlıq edən hesabatda 2022-ci ilin sonuna qədər ölkə əhalisinin 97 faizinin aclıqla üzləşə biləcəyi təxmin edilir.

Vəziyyətin pisləşməsi ilə bağlı Komitə beynəlxalq ictimaiyyəti Əfqanıstanın səhiyyə sektoruna yardım göstərməyə çağırıb.

Bu arada, Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bu yaxınlarda elan edib ki, Əfqanıstan hazırda işçilərin ixtisarı və ölkənin çətin iqtisadi vəziyyətlər səbəbindən həddindən artıq yoxsulluq yaşayır. ÜƏP həmçinin bildirib ki, hazırda aclıq astanasında olan 23 milyon əfqan xalqını qidalandırmaq üçün təşkilata 2,6 milyard dollara qədər vəsait lazımdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol