Azərbaycanlı Adil Şirinov “Aurus”un baş direktoru vəzifəsindən gedib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Aurus” şirkəti məlumat yayıb.
Bildirilib ki, avtomobil şirkətinin rəhbəri vəzifəsinin müvəqqəti icrası “Aurus” icraçı direktoru olan Nikolay Xodoseviçə tapşırılıb.
Şirkətdən o da bildirilib ki, Adil Şirinov öz istəyi ilə bu vəzifəni tərk edib. O, bundan sonra “UAZ” və “Sollers Ford” şirkətlərinin fəaliyyətinə diqqətini yönəldəcək: “Şirinov “Aurus”un sənayeləşdirilməsi, tam miqyaslı yerli istehsalın yaradılması və işə salınması ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib”.
Qeyd edək ki, “Aurus” zavodu Rusiya Prezidenti və hökumətinin üzvləri üçün avtomobil istehsal edir. “Aurus” limuzin, sedan, miniven və SUV təklif edən ilk rus lüks avtomobil markasıdır.


Şərhlər
Gör bizim fexr edikesi ne qeder tanıdığımız ve tanımadığımız mükemmel mühendis kadrlarımjz var ki bele kadrlarla Azerbaycanı en yüksek inkişaf etmiş dövletler seviyyesine çatdırmaq olar.Sed heyv ki,bele kadrlar ölkemizde yox diger ölkelerde gesliyyet gösterirler .Çox teessüf.
BU ADAMIN AZƏRBAUCANA HEÇ BİR AİDİYYATI YOXDUR. ODUR Kİ , ONUN VARLIĞI YA YOXLUĞU, ÖLMƏSİ YA QALMASI BİZİM ÜÇÜN HEÇ BİR FƏRQ İFADƏ ETMİR.