Menu

Avropa Parlamentinin rəhbəri xəstəxanaya yerləşdirilib

10.01.2022, 23:13
Avropa Parlamentinin rəhbəri xəstəxanaya yerləşdirilib

Avropa Parlamentinin sədri David Sassoli dekabrın 26-dan etibarən xəstəxanaya yerləşdirilib. Bu barədə bazar ertəsi "Il Messaggero" qəzeti siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, onun xəstəxanaya yerləşdirilməsi “immun sisteminin funksional pozulması ilə bağlı yaranan ağır fəsadlar” səbəbindən zəruri olub.

Qeyd edək ki, AP rəhbərinin iştirakı ilə planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol