Menu

Sumqayıtda 2 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

12.01.2022, 22:17
Sumqayıtda 2 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin müxtəlif ərazilərində həyata keçirilən sonuncu əməliyyatlar nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan daha 3 nəfər tutulub.

Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1987-ci il təvəllüdlü Rafail Hüseynov, 1995-ci il təvəllüdlü Ülvi Saqiyev və 1966-cı il təvəllüdlü Tahir Bayramov saxlanılıb. R. Hüseynovun üzərinə keçirilən baxış zamanı onun üzərindən 2 kq marixuana, 6 qram metamfetamin və 3 qram heroin aşkar edilərək götürülüb. Ü. Saqiyev və T.Bayramovun üzərindən isə müxtəlif çəkilərdə heroin çıxıb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol