“Prezident İlham Əliyevin Ukraynaya səfrinin nəticələri barədə hələ heç nə deyə bilmərəm”.
“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Azərbaycan öz müstəqil siyasətini davam etdirir. Azərbaycan Prezidentinin Ukraynaya səfəri bir daha onu təsdiq edir ki, heç kim Azərbaycana nəyisə diqtə edə bilməz. Səfər zamanı iki ölkə arasında hansısa bir sənədin imzalanacağı və ya imzalanmayacağı barədə də heç nə deyə bilmərəm”, - o vurğulayıb.


Şərhlər