“Biz Dağlıq Qarabağı Avrasiya Birliyi tərkibində görməyə şad olardıq”. Musavat.com erməni informasiya qaynaqlarına istinadla xəbər verir ki, bu sözləri SSRİ-nin keçmiş baş naziri, hazırda isə erməni-Rusiya parlamentlərarası komissiyanın həmsədri Nikolay Rıjkov bu gün İrəvandakı brifinqdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, o ayrı məsələdir ki, Qarabağ hansı statusda Avrasiya İqtisadi Birliyinə daxil olacaq. “Əgər bu, erməni ərazisi olacaqsa, o zaman problem yoxdur. Siz qaydanı bilirsiniz: həll edilməmiş ərazi sərhəd problemləri ilə ittifaqa daxil olmurlar. Qarabağ məsələsi yoluna qoyulan kimi biz onu Avrasiya Birliyində görməyə şad olarıq” - əlavə edib Rusiya rəsmisi.


Şərhlər