Bakıda anası narkotikə görə həbs edilən yeniyetmə sığınacağa yerləşdirilib

Bakıda anası narkotikə görə həbs edilən yeniyetmə oğlan sığınacağa yerləşdirilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü N.M (ad, soyadı şərti) bir neçə gün əvvəl Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən küçədə aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, yeniyetmənin anası narkotikə görə həbs edilib, atası isə yoxdur. O, anasının əvvəllər qeyri-rəsmi yaşadığı şəxsin yanında qalıb.

Polis tərəfindən tibbi müayinədən keçərkən onun bədənində yaralar olduğu üzə çıxıb.

Müayinədən sonra sığınacağa yerləşdirilən yeniyetmənin müalicəsi orada davam etdirilir.

635x100

Şərhlər

t.ədalət 2022-01-14 21:56:46

Hər şeyə "dur!" deməyi bacaran ölkə,nədən narkotika alverçilərinin qarşısında diz çökür?Kimlərsə bu işə yardım etmirsə,bəs,onda narkotika ölkəyə necə daxil olur?

Son yazılar