Menu

"Türkiyə və Ermənistan nümayəndələri konstruktiv dialoq aparmağa razılaşıblar" - Rusiya XİN

14.01.2022, 18:47
"Türkiyə və Ermənistan nümayəndələri konstruktiv dialoq aparmağa razılaşıblar" - Rusiya XİN

“Türkiyə və Ermənistanın danışıqlar üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan apardıqları danışıqlardan sonra ortaq nöqtələri müəyyən etmək üçün konstruktiv və qeyri-siyasi şəkildə dialoq aparmağa razılaşıblar”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İki ölkə xalqlarının rifahı, regionun sabitliyi və iqtisadi çiçəklənməsi naminə təmas nöqtələrin arayışının davam etdirilməsi razılaşdırılıb”, - nazirlik bildirib.

Qeyd olunub ki, görüş Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol