BMT Rusiya və ABŞ-ı hərbi eskalasiyadan qaçmağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş Rusiya, ABŞ və NATO-nu vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

"Report" xəbər verir ki, bunu Antoniu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Baş katib hazırkı gərginliyin artmasından, hərbi eskalasiyadan narahatdır. Quterreş vəziyyətin gərginləşməsinin Avropa və bütün dünya üçün fəlakət olacağını vurğulayıb", - Haq bildirib.

Xatırladaq ki, yanvarın 10-da Cenevrədə Rusiya-Amerika məsləhətləşmələri keçirilib. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası, yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar