Menu

Nazarbayevin iki kürəkəni vəzifədən gedib

16.01.2022, 00:02
Nazarbayevin iki kürəkəni vəzifədən gedib

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin iki kürəkəni rəhbər vəzifəsindən azad edilib. 

Onlar «KazTransOyl» və «KazTransQaz» şirkətlərində rəhbər vəzifə tutublar.

Qazaxıstan teleqraf agentliyinin (KazTAQ) məlumatına görə, öz postunu «KazTransOyl» SC idarə heyətinin sədri Dimaş Dosanov və «KazTransQaz» SC idarə heyətini sədri Kayrat Şaripbayev tərk edib.

Dosanov öz vəzifəsini 2016-cı ildən tutub, o, vəzifəni Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva ilə evlənəndən sonra alıb, Şaripbayevi isə Qazaxıstan KİV-i Nazarbayevin böyük qızı Dariqə Nazarbayevanın ikinci əri adlandırırlar.

Hər iki rəhbərin azad olunması məlumatını Zakon.kz portalı təsdiqləyib. Təsdiq olunur ki, müəssisə rəhbərləri işdən azad olunmaq barədə özləri ərizə veriblər və vəzifələrindən yanvarın 14-də azad ediliblər.

AzPolitika.info

Şərhlər

Moshu 2022-01-16 12:53:53

Orta əsrlərdə ortaya çıxan və 15-16-cı əsrlərdə çiçəklənən koronadan da təhlükəli nepotizm adlı xəstəlik əsasən İtalyanların həyat tərzinə çevrilmişdir. Orta əsrlərdə Roma papaları öz hakimiyyətlərini gücləndirmək və qoruyub saxlamaq qayğısına qalaraq, ən yüksək kilsə vəzifələrini, ilk növbədə, “kardinal papaqları”nı qohumlarına paylamağa başladılar. Onlar ilk növbədə qardaşı uşaqlarl idilər, ona görə də “qohumbazlıq” adını almışlar. Sonralar, xüsusən 15-16-cı əsrlərdə onlar bic doğulan uşaqlar idilər. Məsələn, VI Aleksandr oğlu Çezareyə kardinal, Papa III Pavel isə öz nəvələrinə kardinal titulu verdi.
Nepotizm öz kulminasiya nöqtəsinə intibah dövründə çatdı. Elə həmin zamanlar Roma papaları italyan knyazlarına çevrilərək çoxsaylı qohum-əqrəbaları və övladları üçün knyazlıq və knyazlıqlar əldə etməyə can atdıqlar. Göründüyü kimi bu xəstəlik Avropa xəstəliyi olmasına baxmayaraq, ona əsasən müsəlman ölkələri yoluxurlar. Bəli, bu çox təhlükəli italyan azarıdır. Bu xalq bu azardan qurtulur, amma ona düçar olmağa biz nədənsə meylliyik, bu da bizə yaxşı heç nə vəd etmir. Koronanın müalicəsi yaxşı-pis tapılır, amma biz tayfabazlıq, qohumbazlıq, yerlibazlıq xəsləliyindən qurtulmasaq, axırımız heç də yaxşı görünmür. Bu “bazlıq” sözü deyəsən yaman xoşumuza gəlib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol