Parlamentin keçmiş spikeri Oqtay Əsədovla bağlı məsələ böyüyür. Onun deputat olmasına baxmayaraq, parlamentin işində iştirak etməməsi bir yana qalsın, təmsil etdiyi dairənin seçiciləri ilə maraqlanmaması da narazılıq yaradıb.
Abşeron rayonundan olan seçicilər Oqtay Əsədovun qəbuluna düşə bilmədiklərini bildiriblər. Onlar Milli Məclisə dəfələrlə getsələr də, sabiq spikerlə görüşə nail olmayıblar.
Problemlə bağlı Manset.az saytı Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə əlaqə saxlayıb. S. Mirzəyevin açıqlamasını olduğu kimi təqdim edirik: "Oqtay Əsədov Milli Məclisin iclaslarında iştirak edir. Elə axırıncı plenar iclasa da qatılmışdı. Seçicilərinin onunla bağlı nəsə şikayətləri varsa, mənə desinlər, mən də onların cavabını verim. Bu nə deməkdir, seçicilər sizlərə niyə şikayət edirlər? Qoy kimin nə şikayəti var, mənə müraciət etsin".
S. Mirzəyevin açıqlaması əlavə suallara səbəb olub. Belə ki, əgər deputat öz funksiyasını yerinə yetirmirsə, o zaman Milli Məclisin Aparat rəhbəri onun yerinə cavab verməlidirmi? Seçici parlamentdən, deputatdan cavab ala bilmirsə, o zaman onun mediaya müraciət etməsi, məsələni icimailəşdirməsi normal deyilmi?
Başqa bir məsələ: Səfa Mirzəyev Oqtay Əsədovun iclaslarda iştirak etdiyini deyir. Amma “Yeni Sabah”ın əldə etdiyi məlumat bunun əksini göstərir. Xəbərdə bildirilir ki, parlamentin yeni tərkibdə fəaliyyətə başladığı son 2 ildə O. Əsədov cəmi 4-5 iclasda iştirak edib.
“O da qatıldığı iclasların yalnız birinci hissəsində iştirak edir və sonra ərköyüncəsinə çıxıb gedir” deyə məlumat verən mənbə qeyd edir. Bu da “Milli Məclisi deputatının statusu haqqında” qanuna ziddir. Qanunda deputatların fəaliyyət sahələri konkret olaraq göstərilir. Əgər bunlardan biri Milli Məclisin işində iştirakdırsa, digəri də seçicilərlə işdir.
Bəlli olur ki, Əsədov bunların heç birini etmir. Belə olan halda isə həmin qanuna görə parlamentin İntizam Komissiyası məsələni müzakirə edir və müvafiq qərar qabul olunur.
Məsələ ictimai müzakirəyə çıxarıldığı üçün yaxın günlərdə parlamentin bu haqda tədbir görəcəyi ehtimal olunur.
Onu da qeyd edək ki, S. Mirzəyevin Əsədovla bağlı açıqlaması bir daha onun parlament fəaliyyətində BÖYÜK təcrübəsinin olduğunu göstərir. Belə ki, Mirzəyev 1992-ci ildən qanunverici orqanda yüksək vəzifə tutur. 1992-1997 ci illər - Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub. 6 fevral 1997-ci ildən isə Milli Məclis Aparatının rəhbəridir.

Şərhlər
“Azpolitika”da gedən bütün yazıları diqqətlə oxuyuram və imkan daxilində ona öz münasibətimi bildirirəm. Bu, və buna oxşar yazılar Azərbaycan vətəndaşlarının ürəyincədir, çünki . “Azpolitika” əgər belə demək mümkündürsə, açır sandığı, tökür pambığı. “Azpolitika”nın bir çatışmayan xüsusiyyəti var, bir işi axıra kimi çatdırmır. Ölkə başçısı bütün çıxışlarında qeyd edir ki, O, korrupsiya ilə bağlı məlumatları əhalidən alır. Əhalinin də danışan dili Sizsiniz. Bu yazıları Siz açıqlamalısınız. Ölkədəki çirkabları Siz təmizə çıxarmalısınız, çünki korrupsiya kölgədə yaxşı inkişaf edir. Ona işıq salmaq lazımdır ki, onun kökü qurusun. Sizin çatışmayan bir xüsusiyyətiniz var, o da bir işi axıra kimi çatdırmamaq. Əslində Siz çox böyük iş görürsübüz. Hüquq mühafizə orqanlarının görə bilmədiyi işləri Siz görürsünüz. Bundan sonra Ramiz Mehdiyevin, Oqtay Əsədovun, Eldar Mahmudovun, Fazil Məmmədovun, Ziya Məmmədovun və başqalarının əməllərini müzakirəyə çıxarın o vaxta qədər ki, bütün bu məsələlər öz müsbət həllini tapsın. Hələ neçə-neçə belə ünsürlər ölkənin anasını ağlatmaqdadırlar. Sizə bir daha uğurlar.
Cənablar anladım, məzmunu geniş olduöuna görə şərhimi qoymadınız. Çünki, azpolitika adına uyğun «az politika» imiş. Az uğurlar sizə.
Nə qədər ki, Oqtay Əsədovun tör-töküntüləri Milli Məclisdə qalmaqdadır, Milli Məclisin qara günləri hələ qabaqdadır. Dəqiqliyi ilə deyə bilərəm ki, bu tör-töküntülər bu gün də Oqtay Əsədovun diqtəsi ilə hərəkət edirlər. Xanım sədr çox təvazökar, alicənab adamdır. Nə qədər ki, bu inventarlar Milli Məclisdən təmizlənməyiblər Sahibə xanımın işi rəvan olmayacaqdır. Təkcə vaxtı ilə Milli Məclisdə “işləyən” ölü canların siyahısı ortaya çıxsa, görərsiniz nə qədər dövlət büdcəsinə qənim kəsiliblər. Bunu Səfa Mirzəyev də, Firudin də (soyadını unutmuşam) də çox gözəl bilirlər. Bu ölü canlar neçə il bundan sonra da dövlət büdcəsinə qənim kəsiləcəklər. Cənab Prezident öz iradəsini ortaya qoysa, görün neçə başlar papaqsız qalacaq.
Seçicilər gedib Siyavuş Novruzova şikayət etsələr , bəlke əlac tapılar .))).Oqtay Əsədov indi də köhnə günlərin xiffətini çəkir .
Belə cavabsız suallar təkcə Əsədova deyil,Mahmudova.Məmmədovlara.Nehrəmli ibrahimovlara.Ə.Qarayevə,Məmmədtarova və başqa məmurlara da aiddir....
Onu məgər, AzPolitika özü məqalələri ilə çoxdan çıxdaş eləməyibmi?
Deputat statusu haqqında qanun var Orada nizam-intizam məsələlər konkret qoyulur
Bunun məsələsin müvafiq komissiyanın müzakirəsinə çıxarılmalıdır
Oqtay Əsədovun Zahid Orucla dialoqları çox maraqlıydı, bu dialoqlara görə Zahid Oruca hörmətim artmışdı, o mənada ki, başqa deputatların çoxu "Fatı otur, Fatı dur" deyiminə əməl etsə də, Zahid Oruc öz sözünü deyirdi və bu da Oqtay Əsədovda narahatlıq yaradırdı...Nə isə...
Bir zamanlar söz-söhbət yayılmışdır ki Səfa Mirzəyev Massonların Azərbaycan lojasında təmsilçisidir...
Oktay Əsədovun itinin qiyməti200min dollardır
Yaziq millet) buda bele, yedi qetdi,,,,,
Oqtay Əsədov bu günə kimi hər hansı bir qanunun dəyişilməsinə və yaxud vətədaşın müraciətini Milli Məclisdə müzakirəyə çıxarmayıb. Səfadır, Oqtay kimilrədən Milli Məclis təmizlənməlidir. Bir adamın.... bar işlədə, bundan nə gözləmək olar. Hələ utanmaz utanmaz özünü deputat "seçdirib". Bu bir RƏZALƏTDİR !!!
Səfa Mirzəyevin kreslosu kürüyüb ?
O da ermənilər kimi məğlubiyyətilə barışa bilmir,revanş etmək istəyir yəqin
Çünki Oqtay Əsədov MM-ə ölkənin hakimiyyətin bir qolu, qanunverici orqanı kimi anlaya bilmək düşüncəsində, təfəkküründə olmayıb. O da ır ki, MM onun dərəsinin səxsi mülkiyyəti, tarlasıymış və nahaqdan tutub əlindən alıblar. Və küsüb.....
İlahi bu insanlar niyə bu qədər........ Hələ 2000- ci ildə bu O. Əsədov deputatlığın qırmızı kreslosuna həsrətindən dodaqları çat- çat olardı , amma nə vaxtsa daputat olacagına ümidi də yoxdu. İndi həmin MM- in deputatlıgını......, özünün rəhbərliyi ilə qəbul edilmiş qanun və qaydalara dəvə tüpercəyi ilə tüpürür. Çünki heç biz vaxt o bunun nə olduğunu dogru dərk etmək aglında olmayıb
Sefa Mirzeyev M.Meclisin Ramiz Mehdiyevidir.Yola salmaq lazımdır.
Səfa Mirzəyev nə deyir haqqı bəs düz deyir. Çünki S.Mirzəyev Oqtay Əsədovun dairəsindən ona Vitse- deputat seçilib.Bu analoqu və ataloqu olmayan yeganə istisna haldır. Çünki Oqtay müəllimin çox ağır çəkili deputat oldugumu, oturanda birdən yerindən qalxa bilməyəcəyini qabaqcadan bilib qabaqlayıcı tədbir görüblər ki, kreslosu boş qalmasın.....
Görünür Səfa müəllim qocalıb Elə bilir ki,MM- də yox Oqtay müəllimlə eyni futbol komandasında oynayır və özünü onun dublyoru bilir... Ay vidi dünya... "Старость не радость"
Ona görə də MM bu gündədir. ..
Ona görə də MM bu gündədir.
Millətə atılmış milyardlardan onun da böyük payı var. Nədənsə heç kim cəzalandırılmır.
Onun səbəbi məncə onun seçiciləri tərəfindən seçilməməsidir. Axı necə ola bilər ki, onlar səni seçsinlər, sən onlara biganə qalasan...