Mütəxəssislər pandemiya dövründə immuniteti möhkəmlədən və xəstəlik zamanı əhvalı yaxşılaşdıran ərazaqların adlarını sadalayırlar. Siyahını ABŞ-dan olan profilaktik təbabət eksperti Sedrina Kolder təqdim edib (Eat This, Not That!).
Onun sözlərinə görə, immuniteti toyuq supu, balla zəncəfil çayı, çili («çili» - Meksikada ətlə istiotdan barət yeməkdir) və sarımsaq möhkəmlədir.
Ekspert izah edir ki, toyuq B6 vitamini ilə zəngindir və o, immun sisteminin düzgün işləməsi üçün vacibdir. Eyni zamanda zəncəfil soyuqdəyməni zəiflədir və ürəkbulanmasını yüngülləşdirir. Çilinin isə tərkibində kapsaitsin olur ki, o, «tutulmuş» burunu təmizləyir və soyuqlama prosesi ilə mübarizə aparır.
Sarımsaq isə infeksiyalarla mübarizədə kömək edir.
AzPolitika.info


Şərhlər