Menu

Suriya-İordaniya sərhədində atışma olub, ölən və yaralananlar var

16.01.2022, 21:19
Suriya-İordaniya sərhədində atışma olub, ölən və yaralananlar var

Suriyanın İordaniya ilə sərhəddə qaçaqmalçılarla atışma olub. "Report" xəbər verir ki, bu barədə İordaniyanın PETRA xəbər agentliyi məlumat yayıb.

Atışma sərhədin şimal-şərq hissəsində qeydə alınıb.

Hadisə nəticəsində bir iordaniyalı zabit həlak olub, daha üç əsgər isə yaralanıb.

Qaçaqmalçılar toqquşma yerində xeyli narkotik maddə qoyaraq Suriyaya qaçıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol