Menu

BMT-nin əlaqələndirici üzvünün meyiti Türkiyədə dağ-xizək kurortunda tapılıb

16.01.2022, 22:01
BMT-nin əlaqələndirici üzvünün meyiti Türkiyədə dağ-xizək kurortunda tapılıb

BMT-nin əlaqələndirici üzvü, Kanada vətəndaşı Maykl Kriftin meyiti Türkiyənin Erciyes dağ-xizək kurortunda xilasedicilər tərəfindən tapılıb. “Report” xəbər verir ki, bu barədə “Hüriyyet” məlumat yayıb.

Məlumata görə, Qaziantepdən Kayseriyə xizək sürməyə gələn 3 nəfər Erciyes xizək kurortunda Hisarcik Kapı vadisində qar uçqunu altında qalıb.

"Axtarış-xilasetmə qrupları 2 nəfəri xilas edib, uçqun altında qalan 1 nəfərin axtarışları isə davam edib. Qrupların mənfi 25 dərəcədə apardığı axtarışlar zamanı uçqun altında qalan şəxsin meyiti aşkarlanıb. Ölən şəxsin Qaziantepdə BMT-nin əlaqələndirici üzvü kimi çalışmış Kanada vətəndaşı Maykl Krift olduğu məlum olub”, - nəşr yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol