"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi zamanı yaşanan problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyi açıqlama verib.
Açıqlamada deyilir:
“"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi ancaq "e-manat" tipli terminallarda mümkündür. Həmin terminallarda proqram dəyişikliyi olub. Yenilənmə olmuş aparatlarda bu ödənişi həyata keçirmək mümkün deyil. Bu barədə rəsmi şəkildə "e-manat" şirkətinə də müraciət olunub. Bu cavabı aldıq ki, hələlik metrolarda olan aparatlarda yenilənmə olmadığından karta pul yükləmə yalnız orada mümkün ola bilər. Bu isə müvəqqəti problemdir”.


Şərhlər
Milleti doluyublar barmaqlarina.Demeli indi 3-4 manat yol pulu verib Pirallahidan Koroglu M gelmeliyik ki,qaz kartini dolduraq?