Menu

Tramp Baydenin Rusiya siyasətini pisləyib - "Bu, hörmətin çatışmazlığıdır"

17.01.2022, 00:20
Tramp Baydenin Rusiya siyasətini pisləyib - "Bu, hörmətin çatışmazlığıdır"

Amerika Birləşmiş Ştatlarının (ABŞ) indiki administrasiyası bacarmır və situasiyanı elə dəyişir ki, Rusiyanı Latın Amerikasında hərbçilərin iştirak imkanları barədə irad bildirməyə vadar edir.

Bu barədə keçmiş ABŞ Prezidenti Donald Tramp bəyan edib.

«İndi o (Rusiya Prezidenti Vladimir Putin) Kubaya və Venesuelaya getməklə hədələyir, bu, hörmətin çatışmazlığıdır. Heç vaxt bizim belə problemimiz olmayıb» - Arizonadakı tərəfdarlarının mitinqində Tramp bəyan edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi başçısının müavini Kubada və Venesuelada hərbi infrastrukturun yerləşdirilməsi imkanları barədə danışarkən, bəyan edib ki, heç nəyi təsdiqləmək və ya istisna etmək istəmir. ABŞ Prezidentinin milli təhlükəsizlk məsələləri üzrə müşaviri Ceyk Sallivan isə öz növbəsində, qeyd edib ki, əgər Rusiya öz ordusunu Latın Amerikasında yerləşdirsə, ABŞ qəti cavab verəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol