Menu

Nursultan Nazarbayevin qardaşı oğlu işdən çıxarılıb

17.01.2022, 10:56
Nursultan Nazarbayevin qardaşı oğlu işdən çıxarılıb

Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

General-leytenant S.Abiş bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunmuşdu.

Qeyd edək ki, o, N.Nazarbayevin kiçik qardaşı Satıbaldının oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol