ZƏNGİ DƏRƏ ZƏNGƏZUR OLDU...

İlhami Cəfərsoy

Ermənilər tarixi torpağımız olan Zəngi dərəsinə Zanqadzor deyirlər. Erməni dilində dzor dərə deməkdir.

AMEA-nın iki institutunda toponimiya şöbəsi var. Hələ indiyədək o şöbələr Milli Məclisin Toponimiya Komissiyasına elmi cəhətdən əsaslandırırlmış bir təklif verməyiblər ki, o coğrafi məkanın adı necə yazılmalı və deyilməlidir.

Naxçıvanla Qarabağ arasındakı mahalın adı Zəngəzur yox, Zəngi dərəsidir. Zəngilər kimlərdir, hansı xalqın əcdadlarıdır? Bu problem Azərbaycan dilçiləri və tarixçiləri tərəfindən lazımınca öyrənilməmişdir.

Zəngilər Azərbaycanın elitar türk nəsillərindən biridirlər. Onlar yüz ilə yaxın Qəzvin və Mosul şəhərlərinin hakimi olublar.

Avropanın tanınmış tarixçilərindən biri K.E.Bosfort 1971-ci ildə nəşr olunan “Müsəlman sülalələri” əsərində zəngi nəsilləri haqqında ətraflı məlumat vermişdir (БосфортК.Э. Мусульманскиединастии. Москва, Наука, 1971).

Sülalənin banisi atabəy Zəngi Məlik şahın sərkərdəsi Ak Sunqurun nəslindəndir. Onun övladları 1127-1222-ci illərdə İraqın Mosul şəhərinin və ətrafındakı kəndlərin hakimi olmuşdur (Босфорт 1971.s.109; Сейфеддини 1979.s.39).

Monqol işğalı başlayanda zəngilərin hakimiyyətinə son qoyuldu. Onlar oymaqlara bölünüb Qara dənizlə Xəzər dənizinin, Qafqaz dağları ilə Zaqros dağlarının arasına səpələndilər.

Osmanlı ordusu qərargahının 1721-ci ildə tərtib etdiyi “Dəftəri-müfəssəli-Tiflis”də göstərilir ki, zəngilər şamlılarla birlikdə Gürcüstanın Baydar nahiyəsində yaşayırlar.

Orta əsr tarixçilərinin əsərlərində zəngilərin yaşadıqları kəndlər, şəhərlər, yaylaq və qışlaqlar zanqadzor yox, Zəngibar, Zəngişalı, Zəngi dərə, Səngi Muğan adlanır.

Bundan başqa Türkmənistanda, Əfqanıstanda Zəngi adlı yaşayış məskənləri var idi (Шопен 1852.s.243). Eyni zamanda qaraqalpakların bir tayfası Zəngi Murun adı ilə məşhur olmuşdur (Жданко 1950.s.46).

Azərbaycanda Araz çayının bir qolu Zəngibar, Pirsaat çayının bir qolu Zəngi dərə adlanırdı. Ağdamın böyük kəndlərindən biri indiyədək Zəngişalı adlanır. Zəngilan şəhərinin adı zəngi və ilan etnonimləri əsasında yaranmışdır.

Cənubi Azərbaycandakı Zəncan şəhərinin də adı Zəngi olmuşdur. Sami dillərinin təsirilə “g” səsi “c” səsinə çevrilmişdir. -an fars dilində çoxluq anlamı yaradan şəkilçidir. Zəncan Zəngan, Zəngan zəngilər deməkdir.

Zəngi teonim mənşəli etnonimdir. Arxaik türk panteonunda Zəngi baba mifoloji obrazı var. Mifik düşüncəyə görə Zəngi baba buzovları yırtıcılardan, xəstəliklərdən qoruyurdu.

Yaxşı olar ki, Milli Məclisin Toponimiya Komissiyası AMEA Dilçilik İnstitutu ilə birgə elmi-praktik konfranslar keçirsin. Şəhər, kənd, mahal adlanımızın tarixi adları bərpa edilsin.

635x100

Şərhlər

Ali 2022-01-30 23:50:41

Deyəsən bu cəfəng yazı barədə qeydimi dətc etməyə cəsarətiniz çatmadı? Saytının səviyyəsini belə yazılarla gündən -günə aşağı saldlğınıza görə heyfislənmursiniz? Belə səviyyəsiz diletant cızmaqaraları görəndə adam saytdan iyrənir, açmaq da istəmir.

t.ədalət 2022-01-18 00:16:03

Ölkəmizin coğrafi yer adları düzgün yazılmır.Kiçik Qafqazın Cənubi Sıra dağları "talış dağları"(İranda Əlborz dağı)Kür-Araz ovalığının bir hissəsi isə Lənkəran ovalığı kimi qeyd olunur.Halbuki Qızılağac qoruğu da daxil olmaqla Cəlilabad və Biləsuvar rayonları Kür-Araz ovalığına aiddir.Masallı rayonunun aran hissəsi də Muğan düzüdür.

Son yazılar