Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Faiz Sucuoğlu yanvarın 16-da «Anadolu» agentliyinə verdiyi müsahibədə ABŞ-ın Şərqi-Aralıq dənizi qaz kəmərini dəstəkləməkdən imtina etməsini alqışlayıb.
Xəbəri Türkiyənin «Daily Sabah» qəzeti yayıb.
Siyasətçi bu layihəni ağılsızlıq adlandırıb və bəyan edib: «O (boru kəməri) Türkiyə və ŞKTC-dən yan keçməyə istiqamətlənir. Qısası, o, düşmənçiliyin təzahürü idi. Necə ki, o, iqtisadi baxımdan etibarsız layihə idi, onu dəstəkləməyə meylli olan böyük dövlətlər bu dəstəkdən imtina ediblər».
Xatırladırıq ki, Şimali-Aralıq dənizi qaz kəmərini Yunanıstan, Kipr və İsrail dəstəkləyir. Donald Tramın dövründə layihəni ABŞ da dəstəkləyib. Yunan mənbələrinin məlumatına əsasən, indi ABŞ bu layihəyə görə narahatlıq keçirir.
AzPolitika.info


Şərhlər