Menu

"Rusiya ordusunu Ukrayna sərhədində saxlamağı vacib hesab edirik" - Kreml

18.01.2022, 00:08
"Rusiya ordusunu Ukrayna sərhədində saxlamağı vacib hesab edirik" - Kreml

Ukrayna sərhədində Rusiya ordusunun gücləndirilməsi bu bölgədə çox gərgin situasiya ilə əlaqədar qaçılmazdır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov CNN kanalına müsahibəsində bəyan edib. Müsahibə yanvarın 16-da dərc olunub.

«Rusiya ordusu Rusiya Federasiyasının ərazisində Ukrayna sərhədində yerləşir və biz, onu olduqca gərgin situasiya, müxtəlif NATO təlimləri, qırıcıları və casus təyyarələrinin və NATO infrastrukturunun sərhəd yaxınlığında yaratdığı qeyri-dost atmosferlə bağlı orada saxlamağı vacib hesab edirik» - Kremlin nümayəndəsi qeyd edib.

Peskov əlavə edib ki, beləliklə, Rusiya reaksiya veməyə və ehtiyat tədbirləri görməyə məcburdur.

«Ona görə də bizim hərbçilər orada bizim ərazimizdədir» - o, bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol