Menu

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir

18.01.2022, 10:02
Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası başlayıb.

“Report”un xəbərinə görə, hazırda parlamentin Elm və təhsil komitəsinin toplantısı keçirilir.

Deputatlar əvvəlcə komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planını və ötən sessiyada görülən işlərin hesabatını müzakirə edəcəklər. Daha sonra isə cari məsələlər ətrafında fikir və təkliflərini söyləyəcəklər.

Bu gün eyni zamanda, parlamentin Regional məsələlər komitəsinin də ilk iclası baş tutacaq. Toplantıda Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat dinləniləcək, yaz sessiyası üçün iş planı müzakirə olunacaq.

Şərhlər

Cəmşid Dərələyəzli 2022-01-18 11:26:48

Əslində bu yarımçıq doğulmuş Palamentin buraxılma vaxtı çatıb. Yəqin ki, Ölkə Başçısı bu barədə uzağı payıza kimi öz sözünü deyəcək. Çünki, əksəriyyəti Əli Əhmədovun "əsərlərin" dən ibarət olan bu adamların hərəkətləri, mövqesizlikləri, səriştəsizlikləri Milli Məclisə də, Dövlətin Başçısının fəaliyyətinə də bir kölgədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol