Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy Rayon Prokurorluğundan "Report"a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.
Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Şərhlər
Goranboyda meherrem quliyev kimi kecmisi cirkli basci qaldiqca ne edalet ne de inkisaf temin edilmeyecek. Agstafa korrupsionerleri zindana atildi lakin meherrem temiz cixdi. hec bir basciya ferq qoyulmadan mubarize aparilmalidir. xalqin ekseriyyeti tehsilsiz olsada derk etmeyi bacarir.