Menu

"NATO kompromisə getməyəcək" - Stoltenberq Gürcüstanı inandırır

19.01.2022, 00:08
"NATO kompromisə getməyəcək" - Stoltenberq Gürcüstanı inandırır

NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə görüşü çox məhsuldar oldu, bütün gözləntilər bir daha təsdiqləndi.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani NATO-nun Baş katibi ilə növbəti görüşünü şərh edərkən bildirib.

«Baş katib mövqeyini dəqiq formalaşdırıb ki, NATO qərarını dəyişməyəcək və başlıca prioriteti və qırmızı xətti Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və bizim avroatlantik inteqrasiyamızdır» - Zalkaliani bəyan edib.

Onun sözlərinə görə, NATO-da Rusiya ilə dialoqun davam etdirilməsinə hazırdırlar, istiqamətlər var ki, barəsində danışmaq olar, ancaq Zalkaliani qeyd edib, dəqiq müəyyən olunmuş qırmızı xətt üzrə kompromis olmayacaq.

«Biz, NATO üzrə həmkarlarla koordinasiya şəraitində hər şeyi edəcəyik ki, bu proses zərər görməsin və bizim planladığımız istənilən tədbir vaxtında həyata keçirilsin və uyğun məna tutumlu olsun. Bu, bizə imkan verəcək ki, əhəmiyyətli hiss olunacaq nəticələr əldə olunsun və onları Madrid sammitində həyata keçirək» - Gürcüstanlı nazir bəyan edib.

AzPolitika.info

Şərhlər

t.ədalət 2022-01-19 00:15:09

NATO-nun Gürcüstana yaxınlaşması bizim üçün də yaxşı nəticə vəd edir.Rusiyanın yetişdirib Azərbaycana pərçimlədiyi kadrlar nə qədər çırpınsalar da müstəqilliyimizin yavaşımasına təsir edə bilməyəcəklər.Biz,xilas üçün murdar rus dilindən tezliklə xilas olmalıyıq.Rus dili elm verən dil deyil.O dillə danışanlardan,sadəcə,ölkəmiz üçün təhlükəli casuslar yaradılır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol