Menu

"Rusiya və Ukrayna arasındakı vəziyyətin sülh yolu ilə həllinə üstünlük veririk” - ABŞ dövlət katibi

19.01.2022, 13:56
"Rusiya və Ukrayna arasındakı vəziyyətin sülh yolu ilə həllinə üstünlük veririk” - ABŞ dövlət katibi

“Biz Rusiya və Ukrayna arasındakı vəziyyəti sülh yolu ilə həll etməyə üstünlük veririk”.

“Report” “RİA Novosti”yə istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken yanvarın 19-da Ukraynanın paytaxtı Kiyevdə deyib.

“Diplomatik, sülh yolu ilə müzakirələrin davam edəcəyinə səmimi qəlbdən ümid edirəm. Rusiya dəfələrlə bəyan edib ki, o, Ukraynaya hücum etmək niyyətin deyil”, - o bildirib.

Qeyd edək ki, Entoni Blinken Ukraynada səfərdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol