Menu

Ukrayna Prezidenti və NATO baş katibi arasında telefon danışığı olub

19.01.2022, 18:19
Ukrayna Prezidenti və NATO baş katibi arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə məlumat yayıb.

“Avropada sabitlik üçün lazım olan diplomatik səylər barədə fikir mübadiləsi apardıq. NATO-nun iyunda keçiriləcək sammitinə hazırlıq və Ukraynanın orada mümkün iştirakı müzakirə olunub. Açıq qapı siyasəti dəyişməz olaraq qalır”, - V.Zelenski qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol