Menu

Mədəniyyət naziri Tağıyevin heykəli ilə bağlı səslənən tənqidlərə münasibət bildirib

19.01.2022, 20:36
Mədəniyyət naziri Tağıyevin heykəli ilə bağlı səslənən tənqidlərə münasibət bildirib

"Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı".

Bunu mədəniyyət naziri Anar Kərimov APA-ya açıqlamasında deyib.

A.Kərimov bildirib ki, Zeynalabdin Tağıyevin heykəli açıq müsabiqə yolu ilə hazırlanıb: “Açıq müsabiqədə bir çox layihə eskizləri təqdim edilmişdi. Ekspert komissiya seçimlərində çox səslə hazırkı əsər qalib gəlmişdi. Tənqidlərə gəldikdə isə tənqid hər zaman var. Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı. Ona görə də biz çalışmalıyıq ki, hər tərəfin mövqeyini nəzərə alaq".

Nazir özü heykəli bəyəndiyini vurğulayıb.

Şərhlər

Veten dashi 2022-01-20 10:16:04

Hər kəs o heykəlin yanından kecəndə bir qərənfil qoyub onun dəyərinin daha uca olduğunu təsdiqlər inşallah.

Rahib 2022-01-20 01:31:58

Heykəli qoyarkən ona hansısa yaranmazın əlinin çatıb zərər vura biləcəyini düşünə bilmək lazımdır ....

Seyid Ənhu 2022-01-20 00:31:28

ƏGƏR BU NAZİR BU HEYKƏLİ BƏYƏNİRSƏ O DEMƏKDİR Kİ, ADAMIN İNCƏSƏNƏTDƏN ƏŞƏDİBİLLAH XƏBƏRİ YOXDUR VƏ O BU SƏNƏTİ ANLAMIR. ÖMRÜ BOYU BÜTÜN HEYKƏLLƏRİN YANINDAN ETİNASIZ KEÇİB. HƏR BİR HEYKƏL HƏM DƏ BİR SƏNƏT MÖCÜZƏSİ OLMAQLA ÖLKƏNİ BƏZƏMƏLİDİR.....

TT 2022-01-19 22:56:53

Môhteshem heykelde qoymaq olardi ))))

İsmayıl Xələfov. 2022-01-19 21:59:54

Heykəli hamı bəyənir, bəyənilməməkdən söhbət belə getmir. Bu nə yanaşmadır ki, çatan deyir, Z. Tağıyev xalqın arasında olduğuna görə heykəli yerdən qoyulub. Xalqın arasında olmayana heykəl qoyulur?
Asfaltın üstünə heykəl qoyulması yüngül xasiyyətli insanları özləri də bilmədən cinayətə sürüklədir.

Almas 2022-01-19 21:28:03

Heykəli haml bəyənir. bəyəilməyən onun ayaq altına qalmasıdır.Ay "nazir" get dünyanı gəz,gör hansı ölkədə görkəmli şəxsiyyətlərin heykəli poatamentsiz qoyulubmu? Gümah səndə yox.təsadüfi adamları nazur təyin edənlərdədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol