"RƏHBƏRLİYİN QƏTİYYƏTSİZLİYİ MƏNİ NARAHAT EDİR" - Ramiz Mehdiyev qəzəblənib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara və Tarix İnstitutunda baş verən bir sıra xoşagəlməz hallara münasibət bildirib.

APA-nın xəbərinə görə, Ramiz Mehdiyev AMEA-nın bu gün keçirilən Rəyasət Heyətinin iclasında qeyd edib ki, Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir.

"Müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm. Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti bildirib.

635x100

Şərhlər

Samiyə 2022-01-20 16:57:21

Getsin, Hüquq və İnsan Haqları İnstitutunda baş verənləri araşdırsın! Əgər hünəri çatarsa!

Xeqani 2022-01-20 15:59:10

fantomas qızıtdı

Şikayətçi alimlər 2022-01-20 12:49:09

Ramiz mehdiyev ona öz imzaları ilə şikayət edən AMEA əməkdaşlarının birinin şikayətini araşdırmır. Özünü obyektiv adam kimi sırımasın !!! Buna bir bax! Getsin şikayətləri araşdırıb, şikayətçilərlə görüşsün.

Səma 2022-01-20 10:25:41

Ağası gülüm olanın, başına külüm olar!

Nadir 2022-01-20 10:12:53

Kishidi bu...

RR 2022-01-20 06:52:28

Ôzû deyib ?

Tahir 2022-01-20 01:38:27

İlahi bu agılın sahibi elmimizin başındadır. Nə izahat? Səhvi düzəltmək, elədiyi səhvi düzəltmək əvəzinə bunu malalamaq üçünmü izahat tələb edirsən? İntriqanın başında duraraq onu bu ölkədə tam bərqərar edib, gündən günə çiçəklənməsinə şərait yaradan sən deyilsənmi Ramzes....

Seyid Ənhu 2022-01-20 01:06:47

Bir-iki yox, yüz akademik olub birləşsəz də türk dilindən nəinki bir kəlmə, heç bir fonem də qopara bilməyəcəksiz. Bu dil ögey kəlmə görən kimi dərhal onu xaric edir və “sifonu cəkir”. Biz hörümçəyə hörümçək də deyəcəyik Əbəs yerə özünüzü zamanından əvvəl bəlli etməyin. Onsuz da arxivlər açılanda bəlli olacaqsız.

Son yazılar