BAŞ DİREKTOR MEHDİYEVİN CAVABINI VERDİ VƏ İSTEFAYA GETDİ - "Məişət səviyyəli intriqalar ilə məşğul olur və..."

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

K.Şükürovun "Report"a açıqlamasını olduğu kimi təqdim edirik:

"20 yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA–nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən çox böyük təəssüf hissi keçirdim.

Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bur dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.

Onda aydın olardı ki, Tarix İnstitutunda elmi tədqiqat işlərinin və idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı müasir islahatlar həyata keçirilib. Mənim rəhbərliyim dövründə institutda 3-cildlik Respublika tarixi, Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixi yazılıb, institutun 12 elmi tədqiqat şöbəsi əməkdaşlarının 21 kitabı dövlət satınalmasına uyğun olaraq çapa təqdim olunub. 1993-cü ildən bəri ilk dəfə olaraq institutda Azərbaycan tarixinin yeni konseptual baxış əsasında akademik bircildliyi hazırlanıb, 15 cildlik Azərbaycan tarixi üzrə gərgin iş davam etdirilir. Azərbaycanın tarixi coğrafiyasına dair 1987-ci ildən bəri ilk dəfə fundamental kitab hazırlanır. Mən 44 günlük müharibədən sonra Ermənistanın Azərbaycana qarşı yönəlmiş tarix siyasətinin tənqidinə dair müntəzəm olaraq cavabla çıxış etmişəm, bunlar respublika kütləvi informasiya vasitələrində əks olunub. İnstitutun da təşkilatçılığı ilə doqquz ölkənin alimlərinin iştirakı ilə Qafqaz Albaniyasına dair beynəlxalq konfrans keçirilib.

Azərbaycanın müstəqillik tarixinə dair Ağdamda otuzadək alimin iştirakı ilə daha bir beynəlxalq konfrans təşkil edilib. İştirakçıların Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfəri olub. Tarix institutunda yeddi ixtisas üzrə elmi dərəcə verən dissertasiya şurasının səmərəli fəaliyyəti təşkil olunub. Görülmüş işlərin az bir qismi belədir və lazım gəlsə, mən institutun qeyd etdiyim hesabatını çap etdirəcəyəm ki, geniş ictimaiyyət də həqiqi vəziyyətlə tanış ola bilsin. İndi soruşuram: Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi?

Acı bir təəssüflə qeyd edirəm ki, AMEA –nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm.

Bu gün, 20 yanvar şəhidlərinin əziz xatirəsini dövlətimiz və xalqımızla birlikdə qeyd edəcəyəm. Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm".

635x100

Şərhlər

Tarix müəlliminə cavab verənə! 2022-01-21 23:21:21

Baxın. Ona tutulmuş iradda bildirilir ki, işçilərin narazılıqları, dedi-qodular, hərc-mərclik və s.... Yaxşı nəyi və kimi müdafiə edək? Niyə edək? Narazılıq olmasa bu söhbət hardan qaynaqlana bilər. Deməli narazı məktubların sayı 1 deyil, 2 deyil, 3 deyil. Bir anlığa təsəvvür et ki, siz rəhbərsiz və dayanmadan narazı alimlər gəlib sizdən imdad diləyir. Nə edəcəksiz? O direktor savadlı alimdir deyib öpüm gözün üstünə qoyacaqsız. Savadlı alim üçün direktor olmağa heç gərək yoxdur ki! Alim alimdir, o yazır da, çap edir də! Söhbət idarəetmədən gedir. Böyük kollektivi idarəetmədən! Bu isə hər alim dediyimiz üçün deyil! Bu qədər sadə.

Tarix müəlliminə! 2022-01-21 10:17:06

Görünür siz akademiya sistemindən kənar adamsınız. Bu sistemdə işləmirsiniz. AMEA-da elə yarıtmaz direktorlar var ki... Ramiz Mehdiyev şəxsən onları himayə edir. Məs. Hûquq və Insan Haqları Institutunun direktoru Aytən Mustafazadəni. Siz bu institutda baş verənlərlə maraqlansanız dəhşətə gələrsiniz. Axı, nə istəyirsiniz Kərim müəllimdən?

OXUCU 2022-01-21 03:44:22

ÜMÜD QALIB ƏZRAYILA

Konul Veliyev 2022-01-21 00:33:43

Kərim müəllim kimi dəyərli bir insana bu ölkənin də bu inistitutun da ehtiyacı var istefa etməli olan siz deyilsiniz qalın və mübarozə aparın!

Tarix müəllimi 2022-01-20 22:54:13

Kərim Şükürova tutulmuş irad haqlı olub. Yuxarıda bir professorun şərhini oxuduqca ona bir sual düşür ki, Tarix İnstitutunda baş verən süründürməçiliklərdən axı onun xəbəri yoxdur. Kərim müəllim yaxşı tarixçi ola bilər, lakin o Akademiyanın ən pis idarəçi rəhbəridir. O, İnstituta direktor gələndən bilirsinizmi ki, orada tarixçilər kütləvi şəkildə illərlə çalışdıqları, canlarını qoyduqları İnstitutu tərk etməyə başlayırdılar. Lakin alim nə etsin?! Hara getsin?! Heç q il deyildi ki, orada olmazın oyunlarını çıxarırdı. Şikayət olunmasa hansı rəhbərin haqqında bu cür söz işlənər. AMEA-da onlarla institut var. Amma belə rəzalət yoxdur.

Alim 2022-01-20 20:31:06

Bu Ramiz vezifede qalirki bir az gec olsun vessalam!!! Basqa hec bir elm bu ... maraqlandirmir!!!

Araz 2022-01-20 20:08:56

Elm adam , görürsənmi bütün şərhlər Kərim müəlimin lehinə yazıblar belə ki ramiz m. 7 dən 77 ə hamı tanıyır. Bu yolla qazandığın əkmək sənə və yaxınlarına haram olacaq .

Veteran 2022-01-20 20:03:06

Bu qoca kal armud olub keçib millətin boğazına.Axı niyə isteva verməlisən.Deməli iradəsi zəif adamsınız.Axıra kimi mübarız olmaq lazımdır.Onsuzda bu qoca mazellinin son akkordlarıdir.Az qalıb.

Mübariz 2022-01-20 18:37:49

Kərim müəllim əsl azərbaycanlı, əsl ziyalıdırdır. Onun istefası barədə verdiyi qərardan çəkdirmək lazımdır.

Əbülhəsən Abbasov 2022-01-20 17:37:28

AMEA Tarix İnstitutunun direktoru - tarix elmləri doktoru, professor Kərim Şükürov istedadlı, zəhmətkeş, məhsuldar, mütərəqqi təfəkkür, əməl və davranış tərzinə malik dəyərli alimlərimizdəndir. O, müasir Azərbaycan tarix elminin ən qabaqçıl, məsuliyyətli və vicdanlı yükdaşıyanlarındandır. Kərəm müəllimin Azərbaycan elminə, ictimai mühitə, o cümlədən idarəçilik praktikasına verdiyi töhfə, gətirdiyi müsbət nümunələr danılmazdır. O, bir çoxları kimi, heç vaxt elmdən və tutduğu vəzifədən bəhrələnən, sui-istifadə edən olmayıb. Əksinə, elmə, xalqımıza, dövlətimizə və cəmiiyyətimizə öz ömrünü həsr edənlərdəndir. Bu mənada Kərim müəllim alicənab nadir şəxsiyyətlərimizdəndir. Ona qarşı qeyri-adekvat, obyektivliklə, ədalətlə uzlaşmayan münasibət qətiyyən anlaşılan deyil və qəbul edilə bilməz. Belə fəzilətli ziyalılarımız qorunmalı və hər mənada yüksək dəyərləndirilməlidir. Onlara həm cəmiyyətimiz, həm dövlətimiz arxa olmalı, dəstək verməlidir. Bu, milli maraqlarımızın, insanlıq və vətəndaşlıq borcumuzun tələbidir. Hörmətlə, fəsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov.

Tahir 2022-01-20 17:16:21

Qoca vuruşur və görünən odur ki, son nəfəsinə dək ölkəmizi hər cəhətdən dagıtmaq üçün qorxmadan, çəkinmədən, yorulmadan, usanmadan, hamını ələ salaraq vuruşacaqdır..Və açıq aydın görünür ki onun qarşısına çıxacaq, onu durdura biləcək kimsə yoxdur. Ən azı bu kəs görünmür...

Elm adamı 2022-01-20 16:58:03

Kərim Şükürov o instituta direktor gələndən hoqqa qalmır çıxarıb. Əməkdaşlar həqiqətən də narazı idilər ondan. Guya ki az bir müddətə çoxlu iş görüb: ağ yalandır. Gələndən ancaq işdən adam çıxarır, şöbə bağlayır, qapıları güdür. O idarəetmə sahəsində sıfırın altında olan biridir. Kərimdən direktor olmaz. AMEA rəhbərliyinə əməkdaşların narazılığı gedib ki, R.Mehdiyev də onu deyib də. Od yanmasa tüstü çıxmaz!

siyasət 2022-01-20 16:53:49

Hiss olunur ki, Kərim müəllim baş direktor təyun ediləndə Ramiz Mehdiyevin "haqqını" verməyib. Kişi neçə ay gözləyib, haqqı çatmadığı üçün indi də belə qərara gəlib. Yazıq Kərim Şükürov ömrü boyu maaşla dolanan təmiz alim olub. Daha Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə kimi institutun yarısını "ölü canlarla" doldurmayıb axı?... Kərim müəllim də Mehdiyevi Mustafazadə kimi "görsəydi" öz imzaları və adları ilə şikayət ərizəsi yazanların məktubları rəyasət heyətindən "yoxa çıxardı"!

Roma 2022-01-20 16:49:32

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə, deyəsən qoçuluq edir...və Hüquq və İnsan Haqlarından xəbəri yoxdur...axtarsan bir səhifəyə yerləşməyən elmi TIRTILLARI (titulları) var...Dağıl ay dünya...

Səma 2022-01-20 16:40:45

Əzrayılı AMEA-nın Rəyasət Heyətinə göndərmək lazımdır! Orada kef-damaq içində oturanların vaxtı çoxdan keçib!

TARİX 2022-01-20 13:04:50

BƏZİ RƏHBƏRLƏRİN XEYRİ CƏHƏNNƏM ZİYANKARLIQLA MƏŞĞULDURLAR.

Alim 2022-01-20 13:03:34

Sovet dövründə hansı sahədə axsamalar olurdusa, o dəqiqə bir nazirlik yaradırdılar. İqtisadiyyatı lazımsız idarəetmə sturukturları ilə o qədər yüklədilər ki, yüklənmə nəticəsində iqtisadiyyat məhv oldu. Bu proseslər hazırda AMEA-da gedir. AMEA-nın Rəyasət Heyəti nə işlə məşğuldur? Bu qurum elmə lazımdırmı? Bu qurumda elmi iş aparılırmı? Dəfələrlə qeyd edilməsinə baxmayaraq, AMEA-nın Rəyasət Heyətini ləğv edib, onun yerinə institut direktorlarından təşkil edilmiş və ictimai əsaslarla fəaliyyət göstərən Direktorlar Şurası yaratmırlar. Bu Şuraya hər dörd ildən bir şura üzvlərindən birini sədr seçilir və bununla AMEA avara qocaların keyf məkanı olan Rəyasət Heyətindən xilas olur, Rəyasət Heyətinin saxlanmasına çəkilən xərclər elmi-tədqiqatlara yönəldilir. Elmi tədqiqatla məşğul olan alimin maaşını artırmağa pul tapmırlar, amma Rəyasət Heyətində keyf çəkən avara qocaların maaşlarını artırırlar. Bu sosial ədalətdirmi?

t.ədalət 2022-01-20 12:38:28

Ramiz Mehdiyevə vətənpərvər tarixçi lazım deyil.Görünür,tariximizi rus kəşfiyyatının redaktəsi ilə yazmağa üstünlük verirlər..

kim 2022-01-20 12:32:11

tam əksinə, əgər haqlısınızsa, qalıb mübarizə aparın.

İşdən qovulanlar 2022-01-20 12:06:33

Ramiz Mehdiyevin görkəmli alimimiz və ziyalımız Kərim Şükürova qarşı münasibəti qərəzlidir. Əgər belə olmasaydı, aylardır ki, AMEA-nın Hüquq və İnsan Haqları İn stitutunun direktoru Aytən Mustafazadədən işçuilərin öz imzaları ilə yazdıqları şikayət ərizələrinin heş olmasa biri yoxlanılardı, ya da şikayətçilərdən biri rəyasət heyətinə dəvət olunardı. Oktyabr-noyabr ayında Mustafazadə institututun 40 nəfərə yaxın əməkdaşını işdən çıxarıb. Ramiz Mehdiyev gedib bunların hesabatını alsın direktordan! Belələrinə göz yumur, tarix institutunu yerə vurur. Deməli, Kərim müəllimə qarşı nəsə qərəzi var! Belə obyektiv prezidentsənsə, adını çəkdiyim institutdan öz imzası ilə şikayət yazanlardan birini qəbul et, deyim həqiqətən də düzgün adamsan!

Roma 2022-01-20 11:56:08

Görəsən Ramiz Mehdiyevə kiminsə bir balaca müsbət yanaşması varmı..???

Son yazılar