Menu

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib

20.01.2022, 16:17
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol