Menu

Fransa uyğur türklərinə qarşı zorakılığı soyqırım kimi tanıdı

20.01.2022, 21:33
Fransa uyğur türklərinə qarşı zorakılığı soyqırım kimi tanıdı

Fransa Çinin Sincan-Uyğur Muxtar Vilayətində yaşayan uyğur türklərinə qarşı siyasətini soyqırım kimi tanıyıb. Uyğurlara qarşı soyqırımı pisləyən qanun layihəsi ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyada səs çoxluğu ilə qəbul edilib.

Müxalif Sosialist Partiyasının təqdim etdiyi layihəni prezident Emmanuel Makronun partiyası da dəstəkləyib.

Maraqlıdır ki, qanun fevralın 4-də Pekində başlayacaq Qış Olimpiya Oyunları ərəfəsində qəbul edilib.

Qeyd edək ki, bir müddət öncə ABŞ, Avstraliya, Kanada, Böyük Britaniya kimi bir sıra ölkələr Çində insan hüquqlarının pozulması səbəbilə 2022-ci il Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarına gəlib.

Fransa boykotda iştirak etməyəcəyini açıqlayıb.

Şərhlər

t.ədalət 2022-01-20 23:51:45

Fransa bu soyqırımı uyğurları sevdiyinə görə tanımır.İstəyir ki,Türkiyə ilə Çin arasında nifaq salsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol