Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında əldə edilən razılaşmalar sayəsində Qafqaz regionunda vəziyyət nisbətən sakit olaraq qalır. “Report” xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə danışığı zamanı deyib.
Onun sözlərinə görə, vəziyyəti daha da normallaşdırmaq üçün dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı əməli işlərə ehtiyac var.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Ermənistan lasərhədinin delimitasiya hər hansı qeyd-şərt olmadan həyata keçirilməlidir.
Nazir, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirildiyini və Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib. Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil.


Şərhlər
Sülhməramlı adı altında özünün işğalçı ordusunu Qarabağa dürtən Putin regionda sabitlik yaranmasına imkan verməyəcək.Biz ,özümüzü xilas etmək,regionu Rusiyanın poliqonundan qorumaq üçün ordumuzdakı Rusiya hərbi məktəbini bitirmiş komandir heyətini tələsik rədd etməliyik.Azərbaycan tərəfdəki kəşfiyyatçılarını itirdikdən sonra Rusiya sakit duracaq,regionda ciddi sakitlik yaranacaq.Gec-tez bu məsələni hamı anlayacaqdır.Casus şəbəkəsi olmayandan sonra ruslar dinc durmağa məcbur olacaqlar.