“Bütün varlığı ilə işıqlı, milli insanlarımıza qənim kəsillib"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ötən gün keçirilən Rəyasət Heyətinin iclasında Tarix İnstitutu ilə bağlı sərt fikirlər səsləndirib. Qurum rəhbəri sözügedən İnstitutda qeyri-sağlam iş mühiti olduğunu qeyd edib.
Məsələyə Tarix İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov da münasibət bildirib. O, sabah, 21 yanvarda Ramiz Mehdiyevin fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işləridən istefa verəcəyini bildirib.
AMEA-da yaranmış qalmaqala millət vəkili Fəzail Ağamalı da münasibət bildirib. O, bu barədə “Qafqazinfo”nun feysbuk səhifəsində şərh yazıb.
“Bütün varlığı ilə işıqlı, milli insanlarımıza qənim kəsilən “Boz kardinal” nəhayət daha bir təmiz imici olan professor, görkəmli tarixçi alim Kərim Şükürovu hədəfə alıb, utanmadan, usanmadan özünün fövqündə dayanan alimi mənəvi repressiyaya hədəfləyib. Yetər, Ramiz Mehdiyev! Paltonu götür və o müqəddəs ocağı tərk elə!” - deyə deputat AMEA rəhbərinə etiraz edib.

Şərhlər
Guya sən özün nə etdin ki, bu xalq bu millət üçün! ....
Bunu qocanı Akademiyaya buraxmaq lazım deyil. ....Əsil alim adını daşıyanlar bu qocanı və onun ayaq dəsmalları olan saxtakar akedemikləri oradan göndərməyin vaxtı deyilmi?
AY CAMAAT O QƏDƏR DƏ ÜSTÜNƏ GEDİB RAMZESİ QƏZƏBLƏNDİRMƏYİN. QƏZƏBİNDƏN QORXUN!
Akademiyada, Gömrükdə işləyənləri Rayonlar üzrə təqdim etsələr FAİZ NƏTİCƏLƏRİ NECƏ OLAR.
YAXŞI OLARKİ BİRİNCİ MM- dəki " mehdiyevçilər" , Sonra MM- DƏ OTURAN BİZNESMENLƏR ORANI TƏRK ETSİNLƏR, SONRA DA NÖVBƏ AKADEMİYADA OTURUB DÖVLƏTİN BÜDCƏSİNƏ YÜK. OLAN " ALİMLƏR" GETSİNLƏR.
gedəsi külli miqdarda nazirlər,komitə rəhbərləri,icra hakimləri var,hüquq mühafizə orqanlarının antixalq rəhbərləri var,onlar da getmələridirlər
İnsan talelerine bigane yanashmaq olmaz, ramiz mehdiyev kimi adamlarin sindirdigi insan talelerini berpa edin, onlari ishle temin edin, onlarin pozulmush huquqlarini bir an once berpa edin, danishmaq asandir emeli ish de gormek lazimdir, hele neche il bu eclaf qocanin nazi ile oynamaq fikriniz var? ramiz mehdiyevin yaxin adamlari bu gun de esas vezife sahibleridir. Bosh bosh danishmaqla deyil emeli ishinizle ramiz mehdiyevin qanun qarshisinda cavab vermesini temin etmekle və huququ pozulmush shexslerin huquqlarini berpa etmekle subut edin, subut edin ve yene de subut edin onda xalq sizi alqishlayar
"Mehdiyevşina" Covid-dən betər epidemiyadır. Onu akademiyadan təcrid edəndən sonra lap yaxın vaxtlaradək böyük kişilərin, vicdanlı, ləyaqətli ziyalıların, həqiqi alimlərin oturduğu o binanı kərpicinədək dezinfeksiya etmək lazımdır.
sen ramizden betersen
Canın üçün sənin " get" deməyiblər elə o dəqiqə Ramzes paltosunu götürüb qaça- qaça EA- dan gedəcək. Elə getmək yaxşıdırsa 30 ildir deputat təyin olunursan, nə dövlətə nə xalqa heç bir xeyrin yox, işıqlı gəncliyin qarşısında bir qara səddsən, iyrəndirmisən bu xalqı, özün niyə getmirsən? Sən Ramzes dən betər bu xalqa ziyan vurursan....