Menu

Bakıda tikinti şirkəti 35 min manatlıq ağacları kəsib

22.01.2022, 09:19
Bakıda tikinti şirkəti 35 min manatlıq ağacları kəsib

Bakıda tikinti şirkəti 35 min manatlıq ağacları kəsib.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib: "Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Yeni Ailə” MMC tərəfindən kəsildiyi və təbiətə 34860 manat məbləğində ziyan dəydiyi məlum olub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Şərhlər

Bəhrami 2022-01-22 11:52:01

Ərazi alınıbsa yeni layihə ilə qurulacaq!? Ekologiya illərlə bəslənib, saxlanmış yaşıllıq, xüsusilə ağaclar üçün dəyərin niyə 10 mislini MMdən tələb etmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol