"MÜBARİZƏMİ BU SİSTEMİN DAXİLİNDƏ APARACAM" - İstefası qəbul edilməyən institut rəhbərindən AÇIQLAMA

“AMEA prezidenti Ramiz Mehdiyevin 19 yanvar 2022-ci ildə Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun rəhbəri kimi mənim haqqımda, o cümlədən institut haqqında söylədiyi əsassız və qeyri-obyektiv fikirləri barədə açıqlamam geniş ictimai əks-səda yaratdı. Müzakirələr zamanı bu açıqlama ətrafında həm müsbət, həm də tənqidi qeydlərini bildirən hər kəsə təşəkkür edirəm”.

Bu fikirləri Modern.az-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bildirib.

K.Şükürov qeyd edib ki, 21 yanvarda bir tərəfdən Akademiya prezidentinin qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən AMEA sistemindəki digər elmi fəaliyyətindən istefa haqqında ərizəsini şəxsən təqdim edib: “Mediadan bildim ki, istefa ərizəm qəbul edilməyib. Bu çarəsiz qərar AMEA prezidentinin demokratik çağırışları qəbul etməyə qadir olmadığını göstərdi. Ona görə də Tarix İnstitutundakı vəzifəmi davam etdirəcək, AMEA-da köklü islahatlar aparılması və müasir intellektual dəyişikliklər dövrünün tələblərinə cavab verməsi naminə mübarizəmi bu sistemin öz daxilində aparacaq, Tarix İnstitutu qarşısında qoyulan hədəflərə nail olmağa çalışacağam”.

Professor bildirib ki, yaranmış vəziyyət sadəcə AMEA-nın prezidenti ilə institut rəhbəri arasındakı münasibət kimi nəzərdən keçirilməməlidir: “Burada Azərbaycan elminin bu günü və perspektivi də nəzərə alınmalıdır. Nəhayət, elə bir mühit yaradılmalıdır ki, Azərbaycan elmin təşkili, idarə olunması və uğurları ilə ölkənin qürur mənbələrindən birinə çevrilsin”.

Qeyd edək ki, tarixçi alim yanvarın 21-də akademiyadakı vəzifələrindən istefa verəcəyini açıqlamışdı. Professor bu addımı akademiyanın prezidenti Ramiz Mehdiyevin onun və rəhbərlik etdiyi institut haqqında səsləndirdiyi qeyri-adekvat fikirlərə etiraz əlaməti olaraq atdığını bildirmişdi.

635x100

Şərhlər

Vətəndaşa cavab 2022-01-25 11:32:50

Daldan atılan daş topuğa dəyər. Yaqub Mahmudov Azərbaycan tarixinin dünya arxivlərində sirli qalan tarixi faktlarını gətirdi. Əməkdaşları bu sahədə yorulmada çalışdı. Bu da bunların "sağ ol"u!

Gülağa Ağazadə 2022-01-24 08:34:44

AMEA dövlət içində sanki özünüidarə anklavına çevrilib. Ehtiyacdan vəya hansı səbəbdənsə alimlər ordusuda buna ənənəmizə sadiq olaraq DÖZÜR ! DÖZÜN diplomlu alimlər DÖZÜN !!!

Zəminə 2022-01-23 23:18:57

Mən məəttəl qalmışam bu Mehdiyevin nazı ilə niyə yuxarılar bu qədər oynuyur..Faktiki olaraq Ramiz m kürəkəni İlham və onun qohumlari idafə edir..Bunlar akademiyaya ayaq basdıqdan sonra, elm ocağı intriqalar və alver mərkəzinə çevrilib. Çəkişmələr, əmlakın özəlləşməsi və sair İlham və Fikrət qardaşlarının başçılığı və bəzi yaltaqların rəhbərliyi altda baş verir..

Kərim Şükürova 2022-01-23 12:11:37

Boş yerə özünü yorma.AMEA kökündən təmizlənməsə düzələn deyil.AMEA yenidən təmiz, həqiqi ekm adamları ilə təşkil olunmasa nütn çabalamalar mənasz və nəticəsizdir.Bunu bil.Son 3-0-50 ildə AMEA-da dünya səviyyəli bir ciddi iş ortaya çıxıbmı? Yazıb çar etdirdiyiniz tarix kitabları-dərsliklər nə qədər tarixi və dürüstdür?AMEA-nın bütün ortaya çıxaedıqları yaltaqlanma,sifarişli xarakter daşıdığı hamıya məlumdur.Belə EA olur?

Roma 2022-01-23 07:28:35

Halaldı Kərim Şükürova, öz sözünü kişi kimi dedi və Ramiz Mehdiyevdən qorxmadan hərəkət etdi. Daha başqaları kimi "Fatı otur, Fatı dur" kimilərindən deyil...

Vətəndaş 2022-01-22 21:07:12

Yaqub Mahmudov Tarix İnstitutunu pis vəziyyətə qoyub ?

Son yazılar