Menu

Parlamentdə media və sosial şəbəkələrlə bağlı müzakirə keçiriləcək

24.01.2022, 10:17
Parlamentdə media və sosial şəbəkələrlə bağlı müzakirə keçiriləcək

Milli Məclisdə Azərbaycanda medianın və sosial şəbəkələrin mövcud durumu müzakirə ediləcək.

"Report"un əldə etdiyi məlumta görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Qeyd edilib ki, komitə tərəfindən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin və aparatıın, həmçinin Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

Şərhlər

t.ədalət 2022-01-24 13:04:54

Sosial şəbəkədəki söyüşçül və nadan adamlara və onların ailə üzvlərinə qarşı sərt mübarizə lazımdır.Kiminsə şəxsiyyətini təhqir etmək ən ağır cəzalarla qadağan edilməlidir.Ailə tərbiyəsindən mərhum olanlar ifadə etdiyi söyüşə görə,hətta onu dinləyən qohum-əqrəbasını da özünün səviyyəsinə daşıyır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol