Menu

Təqsirləndirilən şəxslərin xaricdəki əmlaklarının müsadirə edilməsinə başlanılıb

24.01.2022, 12:06
Təqsirləndirilən şəxslərin xaricdəki əmlaklarının müsadirə edilməsinə başlanılıb

“Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi prosesinə başlanılıb".

"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, ötən il xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilməklə faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib.

“Eyni zamanda, xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılıb”, - Baş prokuror vurğulayıb.

Şərhlər

t.ədalət 2022-01-24 12:44:10

Təkcə təqsirləndirilən şəxslərin yox,ölkə sərvətini talan etməklə xariucdə mülkə sahib olanların da əmlakı müsadirə edilməlidir.Deyilənə görə,Xəzər dənizi səhmdar cəmiyyətinin rəhbəri Rauf Vəliyevin də xaricdə böyük var-dövləti var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol