Menu

Valideyn hüquqlarının məhdudlaşdırılmasına dair 12 mülki iddia qaldırılıb

24.01.2022, 12:25
Valideyn hüquqlarının məhdudlaşdırılmasına dair 12 mülki iddia qaldırılıb

"Ötən il Baş Prokurorluq tərəfindən valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 12 mülki iddia qaldırılıb"

"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, 2021-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar sosial media məkanında neqativ hallara yol vermiş şəxslərlə bağlı 21 xəbərdarlıq və 43 təqdimat verilib: "Karantin rejiminin pozulması, sağlamlığın qorunması, əmək qanunvericiliyi sahəsində vətəndaşların hüquqlarının pozulması, ekoloji hüquq pozmalar və s. inzibati xətalara dair 131 inzibati icraat başlanmaqla baxılması üçün məhkəmələrə və dövlət orqanlarına göndərilib, nəticədə 261 544 manat həcmində inzibati cərimə növündə tənbeh tətbiq edilib. Habelə hesabat dövründə 45 cinayət işi başlanıb".

"Uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 19 uşağın 15 valideyni barəsində 12 mülki iddia qaldırılıb, - Baş prokuror vurğulayıb.

Şərhlər

Türk 2022-01-24 17:37:17

Valideyn uşağına tərbiyə vermirsə, həmin valideyinin hüquqları müəyyən qədər məhdudlaşdırıla bilər. Yoxsa, ucdantutma belə qanunların tətbiqi cəmiyyətimizdə heç vaxt tətbiq oluna bilməz, buna cəmiyyətimiz qətiyyən icazə verməz. Şübhəsiz ki, Allah ən böyükdür!

t.ədalət 2022-01-24 12:40:52

Valideyn uşağını tənbeh etməlidir ki, daha çox cinayət və fahişəlik yaranmasın.Uşaqları yalançı qanunlar yartadıb valideynlərdən qoparmaq,onları orqan transpalantasiyasının qurbanına çevirmək xalqa çox baha başa gələcək.Uşaq pulu verməkdən imtina edən dövlət,sual olunur,nə əcəb onlara sığıncaqlarda yer ayırmaqdan feyziyab olur?Deməli,"torbada pişik var.".

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol