Menu

Avtomobilini yolun hərəkət hissəsində saxlayanlar 40 manat cərimələnəcək

24.01.2022, 12:45
Avtomobilini yolun hərəkət hissəsində saxlayanlar 40 manat cərimələnəcək

Nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə saxlayanlar cərimə ediləcək.

"Report"un məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə, qanunsuz olaraq səkilərdə, habelə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və durmasına görə 40 manat cəimə müəyyən edilir.

Şərhlər

t.ədalət 2022-01-24 13:30:22

Vallah,bu cərimələrlə hakimiyyət özünü gözdən salmaqdansa,polisin və gərəksiz hüquq-mühafizə orqanlarındakı işçilərin sayını azaltsa,yaxşı olar.Bu qədər daxili qoşunlar nəyə lazımdır?Axtarsan gömrük komitəsində və FHN-də gərəksiz vəzifə tutanların sayı "n" qədərdir.Büdcəni,nəhayətdə bahalıq və cərimələrlə saxlamaq mümkün olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol