Menu

Qaz istismarı qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir

24.01.2022, 12:55
Qaz istismarı qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quriciluğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik qəbul ediləcəyi təqdirdə 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.

Şərhlər

t.ədalət 2022-01-24 15:16:07

Azərbaycanda iqtisadiyyatın əsas sahəsi kimi akademiyada cəriməlogiya elminin yaradılması və bu sahə üzrə elmlər namizədi və professorların hazırlanmasına ciddi ehtiyac vardır.Həm də İqtisadiyyat universitetində "cərimə etmənin əsasları" fənninin tədrisinə başlanılmalıdır.

t.ədalət 2022-01-24 13:26:07

İqtisadiyyatın kor quyuya düşməsi,büdcənin süqrünməsi nəticəsdində cərimələrlə xalqı minməyin sonu nəvaxt olacaq?Bəs deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol