Menu

"Vergi yoxlamalarının sayı azalsa da, vergi məbləği 4 dəfə artıb" - Mikayıl Cabbarov

25.01.2022, 11:15
"Vergi yoxlamalarının sayı azalsa da, vergi məbləği 4 dəfə artıb" - Mikayıl Cabbarov

2021-ci ildə səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, 1 səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 %-ə yaxınlaşıb", - o qeyd edib.

Şərhlər

Samir 2022-01-25 13:47:53

Ölkədəki oliqarx məmurların biznesi 90 faiz vergidən yayınır və yayındırılır. Onları Dogru düzgün vergiyə cəlb etsəniz vergi yığımı 4 yox 400 dəfə qalxar. Vergi odəyənlər kiçik və bir az da orta sahibkarlardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol