Menu

Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarına ödənişsiz hüquqi yardım göstəriləcək

25.01.2022, 17:13
Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarına ödənişsiz hüquqi yardım göstəriləcək

SOYDAŞ İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan,fəaliyyət göstərən Gürcüstan vəyəndaşı olan soydaşlarımızı miqrasiya, əmlak məsələləri, cinayət hüququ, əmək qanunvericiliyi və digər məsələlərlə bağlı məlumatlandırmaq, ödənişsiz hüquqi yardım göstərmək üçün görüş-tədbir keçiriləcək.

Bu barədə "AzPolitika.info"-ya “Arbitrium” Vəkil Bürosundan verilən xəbərdə bildirilir ki, büro hüquqşünaslarının və Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının dəstəyi ilə planlaşdırılan tədbirin 12 fevral 2022-cil, saat 12:00-da keçirilməsi nəzərdə tutulur.

İştirak etmək istəyənlər aşağıdakı əlaqə nömrələrinə zəng edə və ya e-mail ünvanına yaza bilərlər:

Mobil: 050 470 17 16

Telefon: 012 497 07 35

E-mail: info@soydas.org.az

Tədbirin təşkil olunacağı ünvan: "Qara Qarayev" metrostansiyasının yaxınlığı,"Sevinc" şadlıq sarayı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol