Menu

"NATO-nun Rusiya ilə müharibəsində biz iştirak etməyəcəyik" - Xorvatiya Prezidenti

26.01.2022, 00:14
"NATO-nun Rusiya ilə müharibəsində biz iştirak etməyəcəyik" - Xorvatiya Prezidenti

Rusiya ilə Ukrayna arasında münaqişənin alovlanması halında Xorvatiya hakimiyyəti özünün bütün hərbi qulluqçularını Şərqi Avropadakı NATO qüvvələrindən geri çağıracaq.

Bu barədə çərşənbə axşamı milli televiziyanın efirindən Prezident Zoran Milanoviç bəyan edib. Xəbəri TASS yayıb.

«Mən, Xorvatiya ordusunun ali baş komandanı, bəyanatları izləyirəm, onlara əsasən NATO ayrıca dövlət deyil, ABŞ deyil ki, öz iştirakını atırır və hansısa kəşfiyat gəmiləri göndərir. Bizim ona heç bir aidiyyatımız yoxdur və olmayacaq da, mən, buna zəmanət verirəm. Gərginliyin atması halında Xorvatiya nəinki ordu göndərəcək, əksinə, sonuncu xorvat əsgərinə qədər geri çağıracaq. Sonuncuya qədər!» - Prezident vəd edib.

Onun sözlərinə görə, belə qərar Co Baydenin və onun administrasiyasının Amerika siyasətinin dinamikasından şərtlənir.

AzPolitika.info

Şərhlər

korrektor 2022-01-26 00:40:02

Xorvatlar slavyan kökənlidirlər, yəqin ki, buna görə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol